BAKI, 20 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə qarşı sərt mövqeyini yumşaldıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalının analitik materialında deyilir.

Martın 19-da Zelenski ilə bir saatlıq telefon danışığı zamanı Tramp Avropada Ukrayna üçün vacib hava hücumundan müdafiə vasitələrinin tapılmasına kömək etməyə razılaşıb.

Ağ Evin mətbuat katibi Karolin Levitt bundan sonra ABŞ-nin Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatı verməyə davam edəcəyini açıqlayıb.

Kanal qeyd edir ki, bu vacibdir, çünki Tramp Kiyevi 30 günlük atəşkəs planını müzakirə etməyə məcbur etmək üçün yardımı kəsmişdi. Bu, ABŞ-nin Ukrayna üçün hərbi və kəşfiyyat resurslarının dayandırılmasını müharibənin bitməsi üçün şərt qoyan Rusiya lideri Vladimir Putinə cavabdır.

Həmçinin CNN yazır ki, Tramp Zelenski ilə söhbətinə dair absurd dərəcədə optimist açıqlama verib: “Amma bu, bir neçə həftə əvvəl onun Zelenskini “diktator” adlandırdığı vaxtdan yaxşıdır”.

Kanal əlavə edir ki, Putin və Zelenskiyə zənglərindən sonra Trampın sülh arzusu həmişəkindən daha uzaq görünür.