BAKI, 20 mart. TELEQRAF

Rusiya ilə əlaqələri inkişaf etdirməliyik, çünki bu ölkə böyük iqtisadi resurslara malikdir.

Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp səsləndirib.

"Biz Rusiyayla iş görməliyik. Onlar dünyanın ən böyük quru ərazisinə malikdirlər. Əraziləri Çindən də böyükdür. 11 saat qurşağına sahibdirlər. Siz ölkənin bir küncündən digərinə 11 saat qurşağı ilə uça bilərsiniz. Onların torpaqları qiymətli resurslarla zəngindir”, - Ağ Ev rəhbəri vurğulayıb.

Qeyd edək ki, Kreml Putin-Tramp danışıqları zamanı Moskva və Vaşinqton arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının, xüsusilə iqtisadiyyat və enerji sahələrində gələcək perspektivlər müzakirə mövzusu olduğuny açıqlayıb.