BAKI, 20 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ağ Evin Oval kabinetindəki masasının üzərindəki qırmızı düymədən "Coca-Cola" sifariş etmək üçün istifadə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Fox News"un jurnalisti Laura İnqremə ofisini göstərərkən deyib.

“O buradadır. Hamı bunun nüvə silahı düyməsini olduğunu düşünür... Deyirlər ki, mən ona bassam, dünyanın sonu gələcək”, - Tramp müxbirə masasının arxasında yerləşən qırmızı düyməsi olan qutunu göstərərək deyib.

"Coca-Cola" sifariş düyməsi Tramp tərəfindən əvvəlki səlahiyyət müddətində quraşdırılıb, sonradan Co Baydenin prezidentliyi dövründə çıxarılıb.