BAKI, 20 mart. TELEQRAF

Xarici investorlar üçün ABŞ-də daimi yaşayış icazəsinin yeni forması "Tramp kart" adlandırıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində danışıb.

Daha əvvəl ABŞ rəsmiləri bu icazəni “qızıl kart” (gold card) adlandırıla biləcəyini bildirmişdilər.

"Problem ondadır ki, çoxlu "qızıl kartlar" var. Mən adamlarıma onu necə adlandırmaq istədiyimi deyəcəm. Bu, solçuları dəli edəcək. Onlar "Tramp kart" adlandırılacaq", - ABŞ administrasiyasının rəhbəri qeyd edib.

O vurğulayıb ki, bu kartın satışından əldə edilən bütün gəlir ABŞ-nin 36 trilyon dollara bərabər olan dövlət borcunun ödənilməsinə yönəldiləcək.