BAKI, 20 mart. TELEQRAF

Ukrayna əsirliyindən qaytarılan 175 rusiyalı hərbçini daşıyan təyyarə Moskva vilayətindəki Çkalovski hərbi aerodromuna eniş edib.

Teleqraf xəbər verir ki, təyyarənin eniş anının görüntülərini “Rossiya 24” telekanalı nümayiş etdirib.

Eyni sayda əsir Ukraynaya qaytarılıb.

Birləşmiş Ərəb Əmirlikləri əsir mübadiləsinə vasitəçilik edib.

Əsirlər tibb müəssisələrində müalicə və reabilitasiya kurslarından keçəndən sonra ailələrinə qovuşa biləcəklər.