BAKI, 20 mart. TELEQRAF

Rusiya və ABŞ arasında növbəti danışıqlar nazirlər səviyyəsində aparılmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərlə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

"Onlar Ukraynada mümkün atəşkəs razılaşmasının texniki çərçivəsini müzakirə edən yüksək vəzifəli məmurlar olacaq", - o deyib.

Xidmətin rəhbəri qeyd edib ki, görüşün detalları yaxın günlərdə məlum olacaq.