BAKI, 19 mart. TELEQRAF

"Ukraynanın enerji infrastrukturunu qorumağın ən yaxşı yolu ölkənin enerji obyektlərinə Amerikanın sahibliyi olacaq".

Teleqraf xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitin sözlərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenskiyə deyib.

Onun sözlərinə görə, Tramp Kiyevə Ukrayna ərazisindəki atom elektrik stansiyalarının idarə olunmasında ABŞ yardımını təklif edib.

"Bu stansiyalara Amerikanın sahibliyi bu infrastruktur üçün ən yaxşı müdafiə və Ukraynanın enerji infrastrukturuna dəstək olardı", - Tramp Levittdən sitat gətirib.