BAKI, 20 mart. TELEQRAF

"Ukrayna və ABŞ nümayəndə heyətləri danışıqlar üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşməyə hazırdır".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz komandalarımıza qismən atəşkəs rejiminin tətbiqi və genişləndirilməsi ilə bağlı texniki məsələləri həll etməyi tapşırmışıq. Ukrayna və Amerika komandaları sülhə nail olmaq üçün koordinasiya addımlarını davam etdirmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşməyə hazırdırlar”, - Ukrayna lideri bildirib.

Siyasətçinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Kiyev və Vaşinqtondan olan nümayəndələrin müsbət işini də qeyd ediblər. Zelenski əlavə edib ki, növbəti görüşlər zamanı komandalar davamlı sülhə doğru irəliləmək üçün bütün lazımi aspektlər barədə razılığa gələ bilərlər.