
BAKI, 20 mart. TELEQRAF
"Birləşmiş Ştatlar Ukraynanı kəşfiyyat məlumatları ilə təmin etməyə davam edəcək".
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı bildirib.
“Ukraynanın müdafiəsi naminə kəşfiyyat məlumatlarının mübadiləsi davam edəcək”, - o qeyd edib.