BAKI, 19 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski telefon danışığı zamanı atəşkəsin detallarını müzakirə ediblər.

Teleqraf xəbər verir ki, Tramp Zelenskiyə Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə dialoqunun məzmunu barədə məlumat verib.

Tramp və Zelenski atəşkəs rejiminin parametrlərini razılaşdırıb və onun praktikada tətbiqi yollarını müzakirə ediblər.

Bundan əlavə, Zelenski cəbhədəki hazırkı vəziyyətdən danışıb və hərbi əsirlərin azad edilməsi məsələsini qaldırıb. Razılaşmaların təfərrüatı açıqlanmayıb.