
BAKI, 20 mart. TELEQRAF
Ukraynanın keçmiş lideri Pyotr Poroşenko Vaşinqton və Floridada yüksək səviyyəli görüşlərə dəvət olunub.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısı özünün "Telegram" kanalında məlumat yayıb.
Siyasətçi qeyd edib ki, hazırda Ukraynanın ABŞ Konqresinin dəstəyinə ehtiyacı var. Bununla bağlı Poroşenko bu sənədin qəbulunu asanlaşdırmağa hazır olduğunu bildirib.
“Yeri gəlmişkən, yüksək səviyyəli görüşlər üçün Vaşinqton və Floridaya dəvət edildim. Ümid edirəm ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin bu dəfə mənim ABŞ-yə səfərimə mane olmamaq üçün kifayət qədər məntiqi olacaq”, - keçmiş Ukrayna lideri yazıb.