BAKI, 11 mart. TELEQRAF

Rusiya Ukrayna münaqişəsinin nəticəsi olaraq, Krım və Donbası özündə saxlamağa davam edəcək.

Teleqraf xəbər verir ki, bunu Avropa Parlamentinin Slovakiyadan olan üzvü olan rusiyayönümlü deputat Lyuboş Blaqa bildirib.

“Ukraynanın resursları yoxdur və ABŞ-nin dəstəyi olmadan Kiyevin əraziləri saxlamaq imkanı yoxdur. Ukrayna Krım və Donbası itirib və döyüş meydanında heç nəyi qalmayıb. Ukrayna Prezidenti Volodimir Zelenski bildirir ki, yeganə sülh yolu Rusiyanın tam geri çəkilməsidir lakin bu, imkansızdır”, - o qeyd edib.