
BAKI, 11 mart. TELEQRAF
Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə AZAL-dan məlumat veriblər.
***
12:01
"Azərbaycan Hava Yolları" (AZAL) Rusiyanın paytaxtı Moskva üzərindən hava məkanının bağlanması ilə əlaqədar Bakı-Moskva istiqamətindəki Vnukovo və Domodedovo hava limanlarına olan reyslərin gecikdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Qeyd edək ki, paytaxt meri Sergey Sobyanin Moskva istiqamətində hərəkət edən 69 PUA-nın vurulduğunu açıqlayıb. Bu, müharibənin başladığı tarixdən etibarən Moskvaya edilən ən irimiqyaslı hücumdur. Hücumla əlaqədar olaraq hava limanlarında fövqəladə vəziyyət elan edilib.