BAKI, 11 mart. TELEQRAF

Ukrayna ilə ABŞ Səudiyyə Ərəbistanında danışıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüşün əsas məqsədi iki ölkə arasında cari münasibətlər və Ukraynada sülhün əldə olunmasıdır.

ABŞ nümayəndə heyətini bu görüşdə Dövlət Katibi Marko Rubio və Prezident Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uols təmsil edəcək.

Ukrayna tərəfdən görüşdə Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov iştirak edirlər.