BAKI, 11 mart. TELEQRAF

Ukrayna nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib.

"Komanda artıq yerindədir. İşə başlamağa hazırıq. Ukraynanın maraqlarını müdafiə edirik, müharibənin sona çatması ilə bağlı aydın bir baxışa sahibik, ABŞ ilə səmərəli işləyəcəyik", - o qeyd edib.