BAKI, 11 mart. TELEQRAF

Albaniyanın paytaxtı Tiranada U-23 Avropa çempionatında ümumi komanda hesabında birinci olan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə qayıdıb.

Teleqraf xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yığma üzvlərini Azərbaycan Güləş Federasiyasının rəsmiləri, gənc güləşçilər və jurnalistlər qarşılayıb.

Qaliblərə gül çələngləri təqdim olunub və onlarla xatirə fotoları çəkilib.

Qeyd edək ki, Azərbaycan millisinin tərkibində Arseni Cioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) bürünc medal qazanıb.