BAKI, 2 mart. TELEQRAF
İranın ali dini lideri Ayətullah Əli Xamneyi ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasındakı qalmaqaldan sonra Vaşinqtonun etibarsızlığı ilə bağlı daha öncə dediyi sözlərini xatırladıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində Ukrayna dilində paylaşım edib.
Paylaşımda Xamneyi Ukraynanın müharibədən 3 il sonra Qərb ölkələrindən dəstək ümidini möcüzə adlandırıb. O, Kiyevi ABŞ və Avropaya güvənməməyə çağırıb.
“Ukraynadakı vəziyyətdən ilk dərs odur ki, Qərb dövlətlərinin onların marionetləri olan ölkələrə və hökumətlərə dəstəyi möcüzədir. Bunu bütün hökumətlər dərk etməlidir. ABŞ və Avropaya ümid bağlayan hökumətlər Ukraynanın indiki vəziyyətinə baxmalıdırlar" - İranın ali rəhbərinin müraciətində deyilir.