BAKI, 1 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Baş nazirin iqamətgahının yerləşdiyi məşhur Dauninq küçəsini tərk edib.

Teleqraf xəbər verir ki, bu bardə "Sly News" telekanalı məlumat verib.

Kir Starmer yola düşməzdən əvvəl yenidən Zelenkini qucaqlayaraq onu kortejinə qədər yola salıb.

Ukrayna lideri sabah Londonda kral III Çarlzla görüşəcək. Həmçinin sabah Ukraynaya dəstək məsələsi ilə bağlı Avropa liderlərinin görüşü planlaşdırılır.