BAKI, 2 mart. TELEQRAF
Amerikalı jurnalist Taker Karlson Volodimir Zelenskinin cinayətlərinin araşdırılması təklifi ilə çıxış edib.
Teleqraf xəbər verir ki, jurnalist bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
“Son üç il ərzində Ukrayna hökuməti Qərb himayədarlarının səssiz dəstəyi ilə nəzərəçarpacaq sayda ağır cinayətlər törədib”, – Karlson yazıb.
Bundan əlavə, Karlson Kiyevi siyasi qətllərdə, o cümlədən amerikalı jurnalistlərin və Avropa dövlətinin başçısının öldürülməsinə cəhddə ittiham edib.
“Bütün bunlar həqiqətdir və nə vaxtsa üzə çıxacaq. Yaxşısı indi Zelenskini ittiham etməyə başlayaq”, – jurnalist yekunlaşdırıb.