BAKI, 2 mart. TELEQRAF

Fələstin HƏMAS hərəkatı hələ də ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun planını qəbul etməkdən imtina edir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin mətbuat xidməti məlumat yayıb.

Onlar əlavə ediblər ki, HƏMAS mövqeyini dəyişərsə, İsrail dərhal danışıqlara başlayacaq.

Bildirilir ki, Vitkoff atəşkəsin uzadılmasını təklif edib. Hazırda münaqişəyə son qoymaq üçün tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün deyil.