BAKI, 2 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə dialoqun bərpa oluna biləcəyini istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın “Le Journal du Dimanche” nəşri yazır.

“Heç nəyi istisna etmirəm, mən bunu həmişə demişəm. Prezident Putinlə dialoq lazımi anda baş tuta bilər", - Makron deyib.

Fransa lideri əlavə edib ki, dialoq “vəziyyət sabitləşəndə” baş tuta bilər. Ancaq prezidentin sabitləşmə dedikdə konkret nəyi nəzərdə tutduğu açıqlanmayıb.