
BAKI, 2 mart. TELEQRAF
Moskva vilayətinin Mıtişi şəhərindəki “Krasnıy Kit” ticarət mərkəzində atışma olub.
Teleqraf xəbər verir ki, bu barədə “Baza” nəşrinin “Telegram” kanalı məlumat yayıb.
Ehtimallara görə, ticarət mərkəzinə gələnlərdən biri mühafizəçilərlə mübahisə edib. Bundan sonra cani silahdan atəş açıb. Üç nəfər yaralanıb.
Cani yaxalanıb.