BAKI, 2 mart. TELEQRAF

Suriyanın Hama əyalətində məscidə hücum nəticəsində ibadət edən şəxslərdən, ən azı, 6 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, məlumatı "Al Mayadeen" telekanalı yayıb.

İnsident Hayalin qəsəbəsində baş verib. Məscidin yaxınlığından keçən motosikldəki şəxs ibadət edənlərə atəş açıb.

Polis cinayətkarın axtarışlarına başlayıb, yaralılara tibbi yardım göstərilir.