BAKI, 2 mart. TELEQRAF
Ağ Ev Ukrayna Prezidenti Volodimir Zelenskidən münasibətləri bərpa etmək üçün açıq şəkildə üzr istəməsini tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə "Bloobmerg"ə adı açıqlanmayan avropalı məmur məlumat verib.
Xatırladaq ki, fevralın 29-da Ağ Evdə keçirilən danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri yüksək səslə mübahisə ediblər. Tramp Zelenskini nankorluqda ittiham edib. Mübahisəyə ABŞ vitse-prezidenti də qoşulub .
Tramp daha sonra Zelenskinin sülhə hazır olmadığını bildirib. Həmçinin Tramp - Zelenski brifinqi ləğv edilib, minerallarla bağlı razılaşma təxirə salınıb.
Daha sonra ABŞ-ın dövlət katibi Marko Rubio CNN telekanalına müsahibə verib və o, bildirib ki, Ukrayna Prezidenti ABŞ liderindən üzr istəməlidir.