
BAKI, 1 mart. TELEQRAF
2025-ci il üzrə dünyanın ən güclü ordularının siyahısı açıqlanıb.
Teleqraf xəbər verir ki, ABŞ-də yerləşən "Global Firepower" saytı tərəfindən hazırlanan siyahı 101 ölkəni əhatə edir.
Ən güclü ordusu olan ənənəvi10 ölkənin sıralanmasında dəyişiklik yoxdur.
ABŞ, Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə və İtaliya ilk onluqda yer alır.
Siyahıda Azərbaycan 60-cı, Ermənistan isə 91-ci yerdədir.
Sonuncu yerləri isə Uruqvay, Latviya, Monqolustan, İrlandiya bölüşürlər.