BAKI, 27 fevral. TELEQRAF.

Almaniya HƏMAS tərəfindən girov götürülən beş israilli girovun xatirəsini ehtiramla yad edib və hələ də əsirlikdə olanlarla həmrəylik nümayiş etdirib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Berlinin mərkəzindəki Brandenburq darvazaları narıncı rəngdə işıqlandırılıb.

Almanlar silahlılar tərəfindən öldürülən Bibas ailəsi üzvlərinin İsraildə keçirilən dəfn mərasimi ərəfəsində bu addımı atıblar. Brandenburq darvazasında "Heç vaxt unutmayın" və "Onları indi evə qaytarın" şüarları da gözə dəyib.

Bibas ailəsi İsrailin Qəzza zolağı ilə həmsərhəd olan Nir Oz qəsəbəsində yaşayırdı. 7 oktyabr 2023-cü il hadisələri zamanı qəsəbə ciddi zərər çəkib və ailə bütünlüklə girov götürülüb. Xatırladaq ki, Bibaslar alman vətəndaşları idilər.