
BAKI, 27 fevral. TELEQRAF
Əlcəzair parlamenti Fransa Senatı ilə əlaqələri dərhal kəsəcəyini elan edib.
Teleqraf xəbər verir ki, bu barədə “Algerie360” informasiya portalı məlumat yayıb.
Məlumata görə, bu qərar Fransa Senatının rəhbəri Jerar Larşenin Mərakeşin nəzarəti altında olan Saxara vilayətinin Əl-Ayün şəhərinə səfərinə cavab olaraq qəbul edilib.
Əlcəzair Saxara xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləyir.
Mərakeşin Qərbi Saxara üzərində nəzarətini isə işğal hesab edir.