BAKI, 27 fevral. TELEQRAF

İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, “Liverpul” yerli azarkeşləri önündə “Nyukasl”ı məğlub edib – 2:0.

Turun maraqlı oyunlarından birində “Mançester Siti” 12-ci dəqiqədə Erlinq Haalandın vurduğu yeganə qolun sayəsində səfərdə “Tottenhem”ə qalib gəlib (1:0).

Liderlər qrupunda yer alan “Arsenal”ın səfərdə “Nottingem Forest”lə oyununda hesab açılmayıb – 0:0. “Mançester Yunayted” isə öz meydanında “İpsviç” üzərində çətin qələbə qazanıb (3:2).

Hazırda “Liverpul” 67 xalla (28 oyun) vahid liderdir. “Arsenal” 54 xalla (27 oyun) ikinci yerdədir. “Nottingem Forest” 48 xalla (27 oyun) 3-cü, “Mançester Siti” isə 47 xalla (27 oyun) 4-cü mövqedə qərarlaşıb.

27 oyundan 33 xal toplayan “Tottenhem” və “Mançester Yunayted” 13-14-cü yerləri bölüşürlər.