
BAKI, 18 fevral TELEQRAF
ABŞ Rusiya nümayəndələri ilə danışıqlar zamanı Moskvadan niyyətlərini öyrənmək istəyir. Sövdələşmə detalları müzakirə olunmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Brus bildirib.
Onun sözlərinə görə, görüşün məqsədi Rusiyanın niyyətinin ciddi olub-olmamasını və Ukraynada müharibənin dayandırılması məsələsində ABŞ ilə ortaq bir plan müəyyənləşdirməkdir.
"İnsanlar bu görüşü hansısa danışıqlarda irəliləyiş kimi görməməlidirlər", - o qeyd edib.