BAKI, 18 fevral. TELEQRAF
"Rəsmi Kiyevdən xahiş edilsə belə, ABŞ -Rusiya danışıqlarında iştirak etməyəcəyik".
Teleqraf "Politico" nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski vurğulayıb ki, onun səfərlərinin bu danışıqlarla heç bir əlaqəsi yoxdur.
Ukrayna Prezidenti əlavə edib ki, Səudiyyə Ərəbistanına gələndə şahzadə Məhəmməd bin Salman Əl Səuddan danışıqların mövzusu haqqında soruşacaq.