
BAKI, 17 fevral. TELEQRAF
Ukrayna Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndələri arasında keçirilən danışıqlarda iştirak etmir və onların nəticələrini tanımaq niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Ukrayna iştirak etmir. Ukrayna bununla bağlı heç nə bilmir. Ukrayna rəsmi Kiyevin iştirak etmədiyi hər hansı bir danışıqları nəticəsiz hesab edir. Biz özümüz olmadan bizimlə bağlı hər hansı bir razılaşmanı tanıya bilmərik. Biz belə razılaşmaları tanımayacağıq", – o qeyd edib.