
BAKI, 16 fevral. TELEQRAF
ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq Donald Trampın həmkarı Vladimir Putinə zəngindən sonra üzləşdiyi tənqidlərə münasibət bildirib.
Teleqraf xəbər verir ki, Kelloq Münxen Təhlükəsizlik Konfransında çıxışında liderlər arasındakı dialoqun əhəmiyyətindən danışıb.
"Keçmiş prezident Co Bayden üç il Rusiya lideri ilə əlaqə saxlamayıb. Düşünürəm ki, siyasətçilərin bir-birinə zəng etməsini yaxşıdır. İstəsən də, istəməsən də rəqiblərin və dostlarınla danışmalısan" - Kelloq deyib.
Fevralın 12-də Tramp və Rusiya lideri Vladimir Putinlə danışıqlar aparıb və onunla şəxsən görüşmək barədə razılığa gəlib.