"Telegram" messencerinin təsisçisi, iş adamı Pavel Durovun işi yaxın bir il ərzində Fransada məhkəməyə verilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Wired" nəşri məlumat yayıb .

Nəşrə danışan Paris prokurorluğunun nümayəndəsi Maylis de Rekkin sözlərinə görə, Durov iş məhkəməyə göndərilənə qədər Fransada qalmalı olacaq.

Nəşr qeyd edir ki, "Telegram"ın qurucusu Fransa, Belçika və Cənubi Koreyanın hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlığını davam etdirir.