Almaniyanın vitse-kansleri Robert Habek bildirib ki, Prezident Donald Trampın xarici məhsullara tətbiq etdiyi rüsumlar ABŞ-da inflyasiyanın artmasına səbəb olacaq. Həmçinin Avropa qisas almağa hazırdır.

Teleqraf.com xəbər verir ki, o, Trampın qərarını “çox pis alternativ” adlandırıb.

Almaniya kansleri Olaf Şolts isə ABŞ-ın qlobal ticarət üçün tariflərinin nəticələri barədə xəbərdarlıq edib. Şolts Aİ-nin güclü iqtisadi məkan olduğunu və "öz seçimlərinə" malik olduğunu söyləyib.