ABŞ Prezidenti Donald Tramp tezliklə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyinə və Ukraynadakı münaqişəyə son qoyulacağına ümid etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bunu Davosda keçirilən Dünya İqtisadi Forumundakı video-çıxışında deyib.

"Bir şey çox vacibdir. Mən Prezident Putinlə tez bir zamanda görüşmək və bu müharibəyə son qoymaq imkanı əldə etmək istəyirəm", - o qeyd edib.