İsrail Hərbi Hava Qüvvələri bir gündə Yəmənin Ənsar Allah (Husi) hərəkatı tərəfindən İsrailə atılan ikinci raketi ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) mətbuat xidməti məlumat yayıb.

“Daha əvvəl Yəməndən İsrailin Eylat və Arava bölgələrinə raket atılıb. Raket İsrailin hava məkanını keçə bilməmişdən əvvəl tutulub”, - İDF-nin məlumatında deyilir.

Yanvarın 18-də husilər Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinin binasına ballistik raket zərbəsi endirdiklərini elan ediblər. Hərəkatın hərbi sözçüsü raketin hədəfinə yüksək dəqiqliklə çatdığını bildirib.