
İraq Şam İslam Dövlətinin Liviyada təşkil etdiyi üç intihar hücumunda 47 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Teleqraf.com xarici mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı bu dəfə Liviyanın Əl-Qübbə şəhərini hədəf seçib. Eyni vaxtda 3 istiqamətdə neft stansiyası, yerli icra orqanı və polis mərkəzlərinə hücum edilib.
Liviya ordusu dan isə təyyarələrin İŞİD hədəflərini bombalamağa davam edəcəyi bildirilib.
Türkiyə Xarici İşlər Nazirliyi Liviyadakı terror hücumlarını şiddətlə qınayıb.
Qeyd edək ki, İŞİD ötən həftə 21 misirli xristianın başını kəsib.
Rüstəm