Avropa İttifaqının(Aİ) diplomatik xidməti və Avropa Şurasının (AŞ) yeni rəhbərləri Kaya Kallas və Antonio Kosta işlə başladığı ilk gündə Kiyevə gediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-dəki mənbə jurnalistlərə bildirib.
“Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin ali nümayəndəsi Kaja Kallas və genişlənmə üzrə Avropa komissarı Marta Kos Kiyevə səfərə gediblər. Onlar Ukraynaya birgə dəstək nümayiş etdirmək üçün Kiyevdədirlər", - xəbərdə belə bildirilir.
Qeyd edək ki, Kostanın Zelenski ilə mətbuat konfransı keçirəcəyi istisna olmaqla, səfərin təfərrüatları təhlükəsizlik səbəbindən açıqlanmır.