"Gürcüstan hakimiyyətinin hazırkı kursa sadiq qalacağı təqdirdə müəyyən nəticələri olacaq".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Biz bu il davamlı olaraq Gürcüstan hökumətini antidemokratik hərəkətlərini dayandırmağa və Avro-Atlantik yola qayıtmağa çağırdıq”, - deyə Miller Gürcüstandakı seçkilərin nəticələrini və Tbilisi siyasətini şərh edərkən bildirib .

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Vaşinqton beynəlxalq və yerli müşahidəçilərin seçkilər zamanı baş vermiş mümkün pozuntular barədə məlumatların tam araşdırılması üçün çağırışlarına qoşulur.