Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin zehni zəifləməsi səbəbindən ölkənin idarəçiliyinə tam nəzarəti itirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu amerikalı iqtisadçı və Kolumbiya Universitetinin professoru Cefri Saks deyib.
"Prezident Bayden həm psixi vəziyyətinin pisləşməsinə, həm də axsaq ördək statusuna görə artıq ölkəyə tam nəzarət edə bilmir" - professor deyib.
Ekspertin fikrincə, nəticədə ABŞ ölkə idarəçiliyində “təhlükəli qırılma” vəziyyətindədir və Vaşinqtonda müttəfiq hesab olunanlar bundan istifadə etməyə çalışırlar. İqtisadçı xüsusilə Vladimir Zelenski və İsrailin baş naziri Benyamin Netanyahuya işarə edib.
Cefri Saks hesab edir ki, onlar ABŞ-ı üçüncü dünya müharibəsinə gətirib çıxara biləcək ehtiyatsız hərəkətlərə meyilləndirirlər.