"Ukraynada döyüşən heç bir Amerika əsgəri yoxdur".

Teleqraf.com xəbər verir ki, bu ABŞ prezidenti Co Bayden deyib.

O ölkəsinin “qəddar tiran” adlandırdığı Putinə qarşı mübarizədə Ukraynanın yanında möhkəm dayanacağını bildirib.

"Amma biz Ukraynanın yanında güclüyük və uzun illərdir yaxşı tanıdığım insanla, qəddar tiranla qarşı-qarşıya gələndə onların yanında olacağıq. Biz Ukraynanı tərk edə bilmərik və etməyəcəyik də”, - deyə Bayden bildirib.