Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ABŞ dövlət katibinin köməkçisi Ceyms OBrayenlə görüşdən imtina edib.

Teleqraf.com TASS -a istinadən xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib.

Mayın 14-də Amerika rəsmisi işgüzar səfər çərçivəsində Tbilisiyə uçacaq. Eyni zamanda, ABŞ nümayəndələri İvanişvili və OBrayen arasında ikitərəfli görüşün təşkil edilməsini xahiş ediblər.

"O İvanişvili imtina etdi", - respublika hökumətinin başçısı vurğulayıb.