İspaniyada gecə klubunda baş verən yanğında ölənləri sayı artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidmətinin saytında məlumat verilib.

Bildirilib ki, yanğında ölənlərin sayı 13-ə çatıb.

Mursiyada şəhərində 3 günlük matəm elan edilib.

***

İspaniyanın cənub-şərqindəki Mursiya şəhərində gecə klubunda yanğın baş verib, azı 9 nəfər həlak olub.

Teleqraf.com "Reuters"-ə istinadən xəbər verir ki, bu haqda şəhərin meri Xose Ballesta məlumat verib.

Dörd nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib, bir neçə nəfər isə itkin düşüb.

Şəhərdə üç günlük matəm elan edilib.