Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə Odişa ştatının mərkəzi Bhubanesvarda qeydə alınıb.

Hadisə zamanı həmçinin onlarla insan yaralanıb. Bununla yanaşı, 8 iribuynuzlu mal-qara tələf olub.

Hindistan Meteorologiya Xidməti vətəndaşları xəbərdar edərək, qeyri-sabit havanın sentyabrın 7-ə qədər davam edəcəyini bildirib.

Leysan səbəbindən 7 bölgədə "narıncı", digər bölgələrdə isə "sarı" həyəcan siqnalı verilib.