Çin ərzaq və enerji təhlükəsizliyini, eləcə də istehsal və təchizat zəncirlərinin təhlükəsizliyini gücləndirməyə davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının XX qurultayının açılış mərasimində, onun baş katibi, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin deyib.

"Milli təhlükəsizliyin təmin edilməsi, <...> ərzaq, enerji resurslarının, eləcə də mühüm istehsal və təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək qabiliyyətini gücləndirmək lazımdır", - deyə S.Cinpin bildirib.

Çinin rəhbəri həmçinin qeyd edib ki, xaricdə ÇXR vətəndaşlarının və hüquqi şəxslərinin qanuni hüquq və mənafelərinin qorunması, ictimai təhlükəsizlik sisteminin təkmilləşdirilməsi zəruridir.