İspaniyanın Baş naziri Pedro Sançes bazar günü koronavirusa yoluxduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Sançes tviter səhifəsində yazıb.

"Bu səhər mən COVID-19 üçün müsbət (test nəticəsi) aldım", - baş nazir qeyd edib.

Bununla əlaqədar o, bazar gününə planlaşdırılan tədbirdə iştirakını ləğv edib: "Mən bütün mümkün ehtiyat tədbirləri alaraq işimi davam etdirəcəm".