Rusiya Donbasa hücum etmək üçün qoşunlarını geri çəkərək yenidən qruplaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Rusiya qoşunları, o cümlədən Rusiyanın dövlət özəl hərbi şirkətinin “Vaqner”in muzdluları Donbas bölgəsinə köçürülür.
Qeyd edək ki, martın 29-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, “xüsusi hərbi əməliyyat”ın birinci mərhələsinin əsas tapşırıqları başa çatıb, ona görə də Rusiya Silahlı Qüvvələri öz səylərini “Donbasın azad edilməsinə” yönəldəcək.