Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın dollardan silah kimi istifadə etdiyini deyib.

Teleqraf.com xəbər verir ki, Rusiya lideri ABŞ-ın milli borclarının artmasına da diqqət çəkib.

“İndi hamı sual verir: növbədə nə var? ABŞ iqtisadiyyatından məsuliyyət daşıyan şəxslər bu borcları necə ödəyəcəklər? Nə edəcəklər, dollarla manipulyasiya edəcəklər, yoxsa dəyərdən salacaqlar? ABŞ oturduğu budağı kəsir”, - Putin bildirib.

Putin ABŞ-ın dollardan sanksiya silahı kimi istifadə etməsinin qlobal problemlər yaratdığını söyləyib.