Türkiyənin Bursa şəhərində həyat yoldaşı ilə mübahisə edən ata onları aralamağa çalışan 19 yaşlı oğul Məhəmməd Can Türkerin boğazını kəsib.

Teleqraf.com xəbər verir ki, Ruhi Türker oğlunu öldürmək istəmədiyini bildirib:

“Əgər mənim öldürmək niyyətim olsaydı, anasını da öldürərdim. İnsan öz soyunun davamçısını öldürərmi?”.

Qatil ata 25 il 7 ay 15 gün həbs cəzası alıb.