Türkiyənin “Arzu Film” studiyası 74 yaşında dünyasını dəyişən məşhur teatr və kino aktrisası Ayşən Qrudanın xatirəsinə Yutub hesabında video paylaşıb.
Teleqraf.com xəbər verir ki, videoçarxda aktrisanın çəkildiyi müxtəlif filmlərdən səhnələrə yer verilib.
Video “Sevimli sənətkar Ayşən Qrudanın xatirəsinə. Sayğı və sevgi ilə…” qeydi ilə yayımlanıb.
Qeyd edək ki, reanimasiyada olan Ayşən Qruda yanvarın 23-də vəfat edib. Sənətçinin mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib.
Xatırladaq ki, Ayşən Qruda bir neçə filmdə əfsanəvi türk aktyoru Kamal Sunalın (Şaban) sevgilisi rolunu canlandırıb.


